Çağdaş Media

Azadlığın 20 yaşı
1987-88 . “Gənclik” jurnalındakı bir məqaləmi çıxmaqla azərbaycandilli mediada bir kəlmə çap elətdirə bilmirəm. Yazılarım yalnız “Molodyoj Azerbaydjana” qəzetində çıxır.

1989. Daşnakların həyasızlığı şiddətlənməkdədi. Azərbaycandilli media susur.  Problemləri işıqlandırmağa çalışan yeganə “Molodyoj Azerbaydjana” qəzetinin redaktoru işdən çıxarılıb.

Nəcəf Nəcəfov Tərcümə Mərkəzində Aydın Məmmədovun kabinetində iclas çağırır.  Gələcəkdə Azadlıq qəzetində görmək istədiyi kollektivin 20-yə yaxın üzvünü bir-biri ilə tanış edir. Qəzetin nizamnaməsini və texniki xarakterli başqa bir sənədi müzakirəyə çıxarır.  Orda həmin sənədlərə təkliflərimizi veririk. Məncə, Səfər Alışarlıdan başqa hamı yekun layihəyə səs verir.

1989, dekabr – 1990 yanvar. Qəzetin ilk 4 nömrəsinin çıxmasında iştirak edirəm. Daim redaksiyada oturan, deyəsən yalnız Bahar Türkel idi – makinaçı. Bir də ola bilsin, Elçin Məmmədov – yaxşı yadıma gəlmir. Kömək eləyən də nə qədər desən: Arif  ƏIiyev, Vaqif Səmədoğlu, Ədalət Tahirzadə, Rauf Mirqədirov… Bir illik fasilədən sonra 1991-in yazından 93-ün yazına qədər yenə Azadlıqda çalışdım. Nədənsə o 4 nömrənin yeri mətbuat tarixində tam başqadı.

“Azadlığ”ın Ilk nömrəsinın çıxdığı şərait. Daşnakların həyasız çıxışları həm Yerevan mətbuatını, həm Moskva tribunlarını başına götürüb. Azərbaycanı təmsil eləyən deputatlar Moskvada qurultaya gedib susur. Yerli mətbuat susur. Amma xalq susmur. Yüz minlərlə adam tətil edir, nümayişlər, mitinqlər keçirir. Bir vaxtlar prosesləri işıqlandıran yeganə qəzet – “Molodyoj Azerbaydjana” indi danışan pişik – Məsi haqqında sensasiyalı materiallarla baş qatmaqdadı.

Və axır ki, gözlədiyimiz gün yaxınlaşır. Moskvanın nökərlərinin nəzarətindən qıraqda bir qəzet çıxacaq. İlk nömrə üçün bir neçə həftə beynimdə gəzdirdiyim karikaturanın sözlərini bişirirəm. Qardaşım Gündüz karikaturanın üstündə işləyir. Hər sözü on-on beş dəfə ölçüb-biçəndən sonra Nəcəf Nəcəfovun yanına gətirirəm. Nəcəf bəy fikrini söyləməyə macal tapmamış qəzetin işinə kömək üçün onun yanında olan filoloq alim  bizə yaxınlaşır. Hə material gətiribsiniz. Gətir redaktə eləyək, bəs bizim işimizin adı nədi. Başı texniki problmlərin həllinə qarışan Nəcəf bəy tez razılaşır. Hə aparın baxın. Filoloq hələ oxumadığı cümləni düzəltmək üçün qələmini hazırlamaqda olsun, mən karikaturanın məzmununu danışım.

Şəkil:

Qoyun, balıq və tutuquşu skamyada əyləşiblər. Yaxalarında deputat nişanı. Qarşılarında pişik.

Dialoq:

- Pişik qardaş, səni nə əcəb deputat təyin eləməyiblər?

- Mənim nə Tutu xala kimi ötməyim var, nə Əbrəş qardaş kimi təmkinim, nə də – Sazan bacı kimi susmağım.

-Pikişlənməyin ki var.

-Düzdür var, amma bizim tayfadan Məsi adlı birisi danışmağa başladı. Bizimki o gedən getdi.

Cəmi 4 cümlə. Bu dörd cümlənin redaktəsi bəlkə 40 dəqiqə çəkdi. Gərgin diskussiyadan sonra cümlələri xilas eləyə bildim. Sözbəsöz. Əbrəş və Sazan sözlərinin xilası xeyli gərgin keçdi. Amma filoloqumuz “pişiklənmək” sözünə ilişdi və Azərbaycan dilində belə bir sözün olmamasında israr elədi. Nəcəf bəy də rus təhsilli olduğundan əminliklə bir qərara gələ bilmir. Bir tərəfdə 4-cü kurs tələbəsinin inadı, bir tərədə filoloq alim rəyi… Əlacım kəsilib yaxınlıqdakı adamları köməyə çağırıram.Heç kəs belə bir sözü xatırlaya bilmir. Uduzmaq üzrəyəm. Sanksiyaya keçirəm. “Bu pişiklənmək sözü olmasa karikaturanın mənası olmaz.” Karikaturanı götürüb getmək üzrəyəm. Arif Əliyev köməyimə çatır. Mətnin normal olduğunu deyir. Karikatura ilk nömrəyə yol tapır. Növbəti karikatura sözsüzdü. Asılqandan pencək asılıb. Yaxalıqda deputat nişanı. Sağ qol göydə.

20 yanvarda çıxacaq nomrəni də, onun karikaturasını da heç kəs görmədi: Qorbaçov tar çalır, Vəzirov kamança, ermənilərin katalikosu ll Vazgen Qarabağ şikəstəsi oxuyur. Sovet qoşunları redaksiyanı dağıtdı. Qəzet bağlandı.

Arada Ağamalı Sadiqlə Səfər Alışarlı AXC-nin qəzetini buraxdılar. Orda heç bir iştirakım olmadı. Və bir də 91-dən 1993-ün yazına qədər  Azadlıq qəzetində ardıcıl çalışdım. O vaxt qəzet formal olaraq AXC-nin orqanı olsa da redaktə isyasətində tam müstəqil idi.

Sərhədsiz jurnalist
Bu şəkli Güllü Cahangirdən oğurlamışam

“Ay nə Elçinin yeriydi…” “Elçin burda olaydı…” Son 14 ildə dost-tanış bu sözü dəfələrlə məndən eşiib.  Birisi rola girəndə, birisi səmimilik iddisında olub münasibətlərə siyasət qatanda, birisi  gördüyünü görməməzliyə vuranda, birisi quyruq bulayanda və ya ağciyərlik eləyəndə deyirəm ay nə Elçinin yeriydi bunların dərsini verəydi.  Düzdü, mən də aşkarlıq tərəfdarıyam, amma bu məsələdə Elçin qədər dərinə getmək ağlıma belə gəlməz və bu, içi mən qarışıq hər adamın işi deyil. Bu özəlliyinə görə olsa-olsa Okan Bayülgəni Elçinlə müqayisə eləmək olar. Və 1998-ci ildə Okan Bayülgənin verilişlərinə ilk dəfə baxdığım vaxtlardan indiyəcən beynimdə dolaşırdı ki, başım açılanda Elçin haqqında yazacam. Göstərəcəm ki, bizim  cəmiyyətdə də papaq altında oğullar var.

Mərkəzi qərargahı Parisdə olan yepyekə bir təşkilat var. Sərhədsiz jurnalistlər. Nə qədər də üzvü. Amma az-çox bələd olduğum bu dünyada cəmi iki sərhədsiz jurnalist tanıyıram. Elçin Səlcuq və Okan Bayülgən.

Okan Bayülgənin Türkiyə cəmiyyəti üçün gördüyü işi Azərbaycan cəmiyyəti üçün  yalnız Elçin Səlcuq görə bilərdi.  Efirdə “ipləmə” kimi görsənən Okan dəli yığıncağına bənzəyən “Zaqa” verilişi ilə nə iş görürdü? İndi “Disko Kralı” verilişi ilə nə iş görür? (Okan Bayülgənin verilişləri efirə gecəyarısı getdiyi üçün Bakıda onun izlənmə ehtimalı çox azdı. Praqada 3 saat fərqi köməyimə gəlir və çalışıb bu verilişləri qaçırmıram.) Fikrimcə,  Okan cəmiyyəti sağaltmaqla məşğuldu. Məşhurların qeyri-səmimi piar fəndlərini açıb gəstərə-göstərə, adamların başını qatmaq üçün  və sadəcə para üçün veriliş hazırlayanları biabır edə-edə, cildə girənlərin sözünü ağzında qoya-qoya, müsahibləri ilə dalaşmaq həddinə çatıb dostlaşa-dostlaşa…

Elçini Okanla müqayisə eləməyim onu tanımayanlara, lap elə tanıyanlara da şişirtmə kimi görsənə bilər. Amma bu, həmkarımızı itirməyimizin ağrısını ovutmaq üçün yazılan yazı deyil. On ildən çox beynimdə gəzdirdiyim fikirdi. Bəlkə bizim TV-lər də sağlam olsaydı Elçin Kefli İsgəndərsayağı ömür sürməkdənsə cəmiyyəti sağaltmaqla məşğul olardı.   Hərçənd o hansı kruqa düşsə onu sağaltmaqla məşğul idi və bu çoxlarına, bəzən də mənə şok terapiyası kimi görsənirdi. Tale beləymiş. O, cəmiyyəti sağaltmaqla yox, cəmiyyət onu öldürməklə məşğul oldu.

TV-lər monopoliyadan çıxmalıdı, görməmiş təbliğatın əsirinə çevrilməməlidi.  Bu, sadəcə  siyasi iddia kimi səslənə bilər. Amma bütün siyasi iddia daşıyıcıları bir bezin qırağıdı və onlarla işim yoxdu. Mən cəmiyyətə lazım olan bir şeydən danışıram. Cəmiyyətin öz həkimini öldürməməsi üçün lazım olandan.

Buna gücümüz çatarmı?

Türkiyə TV-lərinə baxıb kompleksə düşməyək. Ordakı istənilən verilişin daha yaxşısını hazırlamağa potensialımız var. Təkcə Okan Bayülgəni görəndə Elçin yadıma düşmür.  Əmrə Konqarın „yorumlarını“ dinləyirəm. Əvvəlcə dərinliyinə heyran oluram. Sonra isə ağlıma gəlir: “Bu, Rəhman Bədəlovun adi söhbətləridi ki!“  Haluk Şahin danışır. Sevincimdən bilmirəm neyləyim: Doktor Haluk  “gazetecilik”dən bir alim elmdən danışan kimi danışır. Nə olsun ki, mən professor deyiləm və jurnalistikadan TV8-də yox, dostlar arasında danışıram. Axı  neçə illərdi ki, jurnalistikanın bir elm  olduğunu və hər situasiya üçün riyaziyyat qədər dəqiq həll yolları göstərdiyini deyirəm.  Mənə gülsələr də.

Elçini son dəfə görməyim

İki il yarım qabaq mənim üçün tam yeni bir işə başlayıram. İnternet layihəsi. Bakıda soraqlaşıb yaxşı bir  mütəxəssis tapdım. Vahid.  Hər ikimizin  vaxtımız az,  danışacağımız məsələlər – çox.  Geriyə təyyarə bileti.  Görüşüb oturmağa yer axtardığımız vaxtda, təsadüfən bir qəmiş peyda olur. Elə bir qəmiş ki, görüşən kimi sağollaşmam mümkün deyil.   “Mən sizə mane olmayacam, sadəcə çoxdan görüşmürük bir nahar eləyək, siz də söhbətinizi eləyərsiniz.” Amma bu qəmişin yanında danışılası layihə də deyil.  Vahid isə çox təmiz adam olduğundan eyhamla danışanda anlamır. Vahid bilmir ki, mən nə istəyirəm, mən də deyə bilmirəm. Hər ikimiz dilxor. Nahardan sonra qəmiş çəkildi.  Arada bir saatımızı itirdik.  Cəmi yarım saatımız var. Filarmoniya bağına enirik. Söhbətə təzəcə başlayırıq ki, təsadüfən Elçin Səlcuq gəlib çıxır. 10 il görmədiyim və ən çox görmək istədiyim jurnalist.  Layihəni də unuduram,  mütəxəssisi də. Elçindən əl çəkmirəm, onunla  danışmaq istəyirəm. Bu dəfə mən qəmiş olmuşam. Axırda Elçin mənə irad tutur ki, axı səni gözləyən var.  Mat qalıram. Elçin nə qədər dəyişib. Axı o heç bir sərhəd, reqlament, formallıq gözləyən deyildi.

Və qayıdıram iş üçün çağırdığım Vahidin yanına. Qalan vaxtımızın hamısını Elçinin od parçası kimi bir reportyor olmasından danışıram. Xəbər üçün özünü  güllə yağışının altına verən Elçin Səlcuq, Elmira Əmrahqızı, Tapdıq Fərhadoğlu,  Ağası Hun, Gülbəniz Arifqızından danışıram. Məndən 10-12 yaş kiçik olan Vahiddə 80-90-cı illərdə jurnalistlərin hansı şəraitdə və ən başlıcası, hansı prinsipiallıqla  çalışmaları haqqında təsəvvür yaratmağın necə çətin olduğunu hiss eləyirəm. Onda ağlıma gəldi ki,  döyüş müxbirləri və döyüşkən müxbirlər haqqında  gələcəyə çatdırılası xeyli bilgi var. Bu bilgini mən çatdırmayım kim çatırsın? Başım açılanda bir yaxşı qələmə alacam bunları.

Və başım açılar-açılmaz xəbər çıxdı ki, Elçin artıq bu dünyada yoxdu.

Elçini ilk dəfə görməyim

Universitetdə bir neçə tanınmış professorun iştirakı ilə hansısa bir toplantı. Tələbələr dinləyir, professorlar danışır. Nə tədbir olduğu yadımda deyil. Hər halda dərs deyildi, ictimai müzakirə idi. Və o boyda auditoriyada cəmi bir tələbənin dinləməyə hövsələsi çatmır.  “Partiya və hökumətimizin daimi qayğısı”ndan danışan professorlara sözlə hücuma keçməyi bəs eləmirmiş kimi hələ danışa-danışa əlini uzadıb qabağa da gedir.

Bir il sonra həmin tələbə ilə bir yerdə işləyirəm. Elçin Quliyev olduğunu da orda öyrənirəm.  Nəcəf Nəcəfov Azadlıq qəzetinin informasiya şöbəsini yaratmağı mənə tapşıranda çoxlarının mənə yazığı gəlirdi.  O dövrdə siyasi şərh yazmaq prestij, xəbər isə qara iş sayılırdı. Köhnə reportyorluq məktəbi bəlli, yenisi yox. Elçinin, Elmiranın, Ağasının, Tapdığın   bu şöbədə olduğunu görən  nəzəriyyəçilərin mənə yazığı gəlirdi.  Biri  cəbhəçi filoloq, birinin siyasi baxışları qabarıq görsənir , birinin təhsili və praktikası uyğun gəlmir. Bu nəzəriyyəçi fikirləri. Amma praktika nə göstərdi? Tovuzda hərbi hissədə partlayış baş verir. Elmira xanım işə gəlmək əvəzinə özünü Nasosnı stansiyasına yetirir. Vertolyotla  Tovuza çatır və yanğınlar, partlayışlar səngiməmiş hadisə yerindən reportaj verir. Adamlar xəbəri ən birinci TV-dən, radiodan yox, Azadlıq qəzetindən eşidirlər.

Azərbaycan müstəqilliyini təsdiqləməlidi. Milli valyuta çap olunur. Yığışıb  götür-qoy edirik. Necə eləyək ki, manatın şəklini rəsmi qəzetlərdən tez verək. Konkret kiməsə tapşırıq vermək onu bitməz işə göndərib adını yarıtmaz qoymağa bənzəyərdi. Ona görə tapşırıq əvəzinə mükafat elan edirik: Kim milli pulun şəklini gətirsə bu ay ikiqat maaş alacaq. Elçin  bir günün içində özünü oda-közə vurub  redaksiyaya milli valyuta ilə qayıdır. Təsəvvür eləyin,  hələlik yalnız Milli Bank rəhbəri, prezident, baş nazir və onun müavinlərindən başqa heç kəsin görmədiyi milli valyutanın şəkli bir günün içində müxalifət qəzeti – Azadlıqda çıxır. Elçin ikiqat sevinir. Yeni doğulmuş oğlu Səlcuqun “Malış” pulunu ikiqat çıxarır.

İndi bütün dünyanı Xocalı dəhşətlərinin şəkilləri dolaşmaqdadı. Bu şəkillər hardandı? Ağası Hun 3 gün işə çıxmadı. Mobil telefon da yoxdu ki, harda olduğunu soruşasan. Və qəfil əlində Xocalıda çəkdiyi bir yığın şəkillə işə gəlir. Deyir ki, adamları çıxarmağa başı qarışdığından xeyli dəhşətli mənzərəni çəkə bilməyib. O vaxt AZ TV Xocalıda baş verənləri danırdı.

Ağdərə təzə döyüşdən çıxıb. Bankın rayon şöbəsi dağlıb. Hələ güllə səsləri kəsilməyib. Tapdıq Fərhadoölunun ətrafında adamlar küçələrə dağılan pulları toplayır. Tapdıq isə yan-yörədə uçuşan pullara baxmayıb reportaj yazır…

Bir sözlə, nəzəriyyədən fərqli olaraq praktika onu göstədi ki, həmin adamlar, üstəgəl sonradan komandaya qoşulan Nailə Bağırova, İlham Şaban reportyorluq məktəbinə çevrildilər. Amma  bu komandada Elçinin hamıdan fərqli bir funksiyası da vardı.

Hər şeyi aşkarlamaq. Dostluğu poza biləcək örtülü bazarlara imkan verməmək. Və nə olaydı bu aşkarlıq məsələsində ona daha geniş imkan veriləydi. Okan Bayülgən kimi aşkarlıq dərsini TV-də keçəydi.

Elçin TV-də görsənib. Deyəsən, bir dəfə. Ticarət Nazirliyinin şöbə müdiri TV-yə çıxıb palma yağını tərifləyir. Elçin sual verir: “Sən evdə palma yağı yeyirsən?” “Bəli” cavabı alanda özünü saxlaya bilməyib  “Axı yalan deyisən!” qışqırır. Səhərisi gün redaktor Nəcəf Nəcəfov Elçini bu “ədəbsizliyə” görə danlayır. İşdə müdir işçini danlayanda nə olur deyə soruşmursuz. Çünki adi adamlar səhv eləmişəm, səhvimi başa düşdüm, bir də eləmərəm kimi sözlər deyirlər. (Axı o adi adam deyildi.) Elçin Qayıtdı ki: “A Nəcəf, düz deyirəm da bə. Ticarət naziri palma yağı yeyəndi?”

Redaksiyadakı gərginlik qəhqəhələrlə əvəz olundu.

Təbliğat şiti
Efirdə  ingiliscə xəbərlər proqramıdı

Amma onun içində xəbər yoxdu. Çünki söhbət AzTV-dən gedir. Rəsmi mərasimlərdən  görüntüləri bir yerə yığıb təbliğat yapmaq cəhdləri var. Və şübhə eləmirəm ki, onu hazırlamaq sifarişi verən  məmurlar  ingiliscə su kimi içən əla kadrları tapıntı sayıblar, bu yayımın “dövlətçiliyə xidmət” elədiyini deyərək  onu  müasir veriliş sayıblar.

Mənim işim məmurlarla deyil

Məmur hər  yerdə məmurdu.  Bir dəfə qərbin bir media orqanındakı kiçik bir məmur (və ya menecer, brigadir – kim nə cür xoşlayır elə desin) sevinə-sevinə gəldi ki, hökumət mediasında çalışan bir yaxşı jurnalist tapmışam. Gətiridyi arument də bu idi ki, hardansa tapılan bu muncuq İngiliscəni ana dili kimi bilir.

Məsələnin canı başqadı

Niyə ərəblər dünyanı görəndən sonra ortaya Əl-Cəzirə çıxır, azərbaycanlı balalar xaricdə oxuyub qayıdanda – AzTV-nin ingiliscəsi. Sual “Filankəs ingiliscə bilir, ya yox” olamalı deyil. “Filankəs jurnalistikanı təbliğatdan ayıra bilir, ya yox” olmalıdı. Bu mövzu qərbdə o qədər köhnəlib ki,  söz açmağa ərinirəm. Özümü yorub təbliğat söhbətinin modern medianın küllüyündə də tapıla bilməyəcəyini məmurlara anlatmaq fikrim də yoxdu.  Biryolluq demişəm ki, daha quyuya su tökməyəcəyəm. (Nəyimə lazımdı qərb dövlətlərində xüsusi qurumların gizli təbliğatın qarşısını aldığını kiməsə başa salmaq (Məsələn, ABŞ Konqresində GAO – Hökumətin Cavabdehiliyi Ofisi). Nəyimə lazımdı  siyasi məqsəd güdən verilişlərin xəbər kimi gösrsənməsini yasaq eləyən Qərb qanunlarını eşələmək. Nəyimə laızmdı bu tip verilişlərin yalnız  “pullu reklam” adı altında getməsinin qəti bir şərt olduğunu kiməsə anlatmaq…

Qərbdə istisnalar varmı?

Ameirkayla bağlı mediada keçmiş sovet məkanından olan korrupsionerlərin və avtoritetlərin  təbliğatına aid misallar çəksəniz sizinlə mübahisə etməyəcəm. Bu, media menecmentindəki yaramazlıqlarla bağlı ola bilər  və onun dünya media standartları,  Qərbin siyasəti, qanunları  və ya planları ilə heç bir əlaqəsi yoxdu.  Sadəcə sistemin nöqsanları ucbatından bunun axırına çıxmaq çox qəliz məsələdi. Özü də təkcə sistemin yox, həm də auditoriyanın.

Tutalım, fahişəxanada yaxalanmış Nyu-York meri Spitzeri  demokratiya mücahidi kimi göstərən media orqanı tapılsa ilk növbədə o media amerikalı auditoriyanın təpkisi ilə üzləşəcək. Amma İvanov, Məmmədov, Həsənov, Quliyev, Əliyev, Heydərov familiyaları hələ amerikalıya heç nə demir. Kimi istəsən demokratiya mücahidi kimi qələmə vermək üçün bir az biclik, bir az gözəgirənlik, bir az həyasızlıq bəs eləyir. Təbii Amerikanın peşəkar jurnalistlərinin işi-gücü qurtarmayıb ki, gəlib xarici yayımla məşğul olsunlar.  Keçmiş sovet məkanındakı auditoriyadan da bir haray olmayacaq. Çünki çox ciddi  şeylər bu auditoriyanın vecinə deyil.  Neçə illərdi ki, Azərbaycanın müxalifət liderləri də daxil olmaqla xeyli fəalı bu cür şeylərlə Qərb siyasətini  yumşaq deyək, baş-ayaq qavramaqdadı.

Fərqli qavrayışlar

Amma Qərbdə bir-iki fırıldaqçının olması hələ bu yarımkürənin mediasından və cəmiyyətindən xəbər vermir. Fırıldaqçı da var – ona qarşı çıxan peşəkarlar və peşəkara dəstək verən auditoriya da. Məsələn,  Çexiyada son onilliyin ən güclü etiraz aksiyaları TV-yə siyasətçilərlə bağlılığı olan birisinin rəhbər gətirilməsi üstündə idi. Peşəkarlar auditoriyanın dəstəyi ilə qələbə qazandılar.

Seyr eləməkdən başqa bir vəzifəsinin olmadığını düşünən Azərbaycan  tamaşaçısı isə bəlkə xəbər əvəzinə təbliğat eşitməyə alışıb.  Uzaqbaşı narazılıq eləyir ki, AZ TV-nin təbliğatı duzsuzdu. Yəni şitdi. (İdarəelyənlərə nə qədər şirin görsənmək istəsən, veriliş bir o qədər şit çıxacaq.)  Şitə də hər millət  bir cür baxır.

Məsələn, Rusiyada  tarix boyu avtoritar və totalitar rejimləri qorumaq üçün təbliğat bir  щит sayılıb.

Amma bu şiti ingiliscə  Bakıdan dünyaya yayanda vallah gərək dünyaya yazığımız gələ. Xəbərin nə olduğunu  bilən ingilisdilli tamaşaçını AzTV təbliğatının Shit iyi çox uzaqdan vuracaq.

20 iyul 2009

Iqtisadiyyatın simvolu
-Sən Ayısan? (Siz Ayısınız?)

-Yox, Öküzəm.

Dünyanın bir nömrəli işgüzar kanalı saydığım CNBC televiziyası aparıcısının Amerikanın məşhur bir sərmayəçisinə verdiyi bu suala da,  aldığı cavaba da paxıllığım tutdu. Bu ölkənin mediasında çalışanlar necə xoşbəxtdirlər.  Gəlib yaxalarından tutan yoxdur ki, ayı nədi, öküz nədi… Bura ciddi yerdir. Sən filan-filan uğurlardan danış, ölkəmizi dünyada layiqincə təbliğ elə! Özündən hoqqa çıxarma! Sənə nə deyirlər onu elə! Bir də belə qələt eləsən … Yox, CNBC-də çalışanın da, onu yönədənin də belə  şeylər heç yuxusuna girməz. Paxıllığım tutur. (Mənə deməyin ki, niyə paxıllığın tutur, sən də Amerika mediasında çalışıbsan… Yox, bu başqa söhbətdir. Amerikalıların bizlər və ya əfqanlar üçün yaratdığı media uzaqbaşı Danabaş kəndinin məktəbinə oxşayacaq. Uzağı Danabaş müəllimi kimi gəlib  deyəcəklər ki, bala, burda səhv dedin, at tüklüdü, yox, “bədəni atın örtülübdürrr tük ilə”. Sözüm onda deyil. İmportnı mollaların və avtoritarizm qullarının qulağından uzaq bir yer tapsam bu barədə geniş danışaram.)

Qayıdaq Ayı və Öküzə

Amerika varlılarının az qala yarısı öküzdür, yarısı ayı. Öküzlə ayı bu ölkədə (həm də dünyada) iqtisadiyyatın simvoludu. Bir az işin içində olmayan üçün qısa deyim ki, (qisaldanda təhrif də olur), inkişaf eləmiş ölkələrin hamısında iqtisadi yüksəliş təzə körpülərin, binların sayı ilə ölçülmür.  Mülkiyyət hüququna təminat, bir də başda azad sərmayə bazarı olmaqla hər şeyin öz bazarı – vəssalam. Burda hər kəs sərmayəçi ola bilər. İşin məğzi budur ki, xırda sərmayəçi ya öküzlərə qoşulub səhm alır, ya da ayıların ardınca gedib onu satır. Nəhəng ayılar (Bear) qiymətin belini qırıb onu  salmağa çalışır, kiçik ayılar qiymətin düşəcəyinə inanıb o axına qoşulur; nəhəng öküzlər (Bull) qiyməti qaldırmağa çalışır və kiçik öküzlər o axına qoşulub savaşırlar. Bu savaşda tez-tez bazar silkələnir. Bu bazarı silkələyən, onun üçün bir növ kompas olan şey xəbərlədir. İqtisdiyyat reportyoru canlı bağlantıda xəbər verir ki,  Amerikada ev satışı gözlənildiyindən bir az çox olub. Aləm dəyir bir-birinə. Əvvəlcə  S&P indeksi qəfil qalxır, xammal, xüsusən neft qalxır, əlüstü “safe haven” (dar günün yarağı) deyilən dollar düşür. Reportyor məsələni qurdalayır və üzə çıxarır ki, ev satışı qiymətdəki endirimə görə artıbmış. Yenə çaxnaşma. Bu dəfə S&P düşür, ardınca avro və yen düşür, əksinə dolların kefidir. Belə xəbər və məruzələr  bütün dünyada anbaan izlənir. Bu, sərmayəçi, bankir, strateq, marketmeyker, treyder, spekulyant və sairdən ibarət işgüzar icmaya hava və su kimi lazımdır. Bu mexanizmdən qıraqda da bir böyük iqtisadiyyat var desən, uzaqbaşı köhnə sovet təhsili olan kəmsavad sayıla bilərsən.

Və gələk Azərbaycan iqtisadiyyatına

Emin və ya Adnan kimi bir gənc jurnalistika yolunu tututbsa bir iqtisadiyyat reportyoru da ola bilərdi. Şərt deyil ki, gedib qoşulsun hökumətin xoşlamadığı bir para ünsürlərə. Tutalım o oldu super reportyor. Onda hansı iqtisadi kanalda işləsin, hansı birjadan reportaj versin, hansı məruzənin açıqlandığı yerdən birbaşa yayına çıxsın, hansı sərmayəçidən soruşsun ki, öküzsən yoxsa eşşək… bağışlayın öküzsən yoxsa ayı? (Yox, yönədicilərin özünü çox ciddi, ədəb-ərkanlı saydığı yerdə peşəkarlar uzaqbaşı Kefli İsgəndər ola bilərlər.)

Axı jurnalistin işi ölkəyə, cəmiyyətə, birbaşa dəxli, təsiri olan məsələləri işıqlandırmaqdır. İqtisadiyyatla maraqlanan Azərbaycan jurnalistinin əlinə mən bilən son iki ayda cəmi bircə dənəbelə  xəbər keçib. Eşşək idxalı.

200 min dollarlıq eşşəklər… Amma bu xəbər nə birjaları silkələdi, nə cəmiyyəti, nə …

Deməli, bu iqtisadiyyat, bu cəmiyyət dünydan fərqlidi. Onun özünəmxsus milli yolu var. Bəs bunun adı, simvolu nədir? Ayı deməyin, ciddi deyil, Öküz deməyin, kobuddu. Bəs nə…

Amma xahiş eləyirəm, elə başa düşməyin ki, bu rəmz mütləq heyvan olmalıdı və mən də heyvanların adını çəkməklə fikrinizi yönəltmək istəyirəm.  Xüsusən də bu eşşək məsələsi bu təsəvvürü gücləndirə bilər. Amma mənim heç bir heyvana, xüsusən eşşəyə qarşı qərəzim yoxdu. Bu heyvan tarix boyu millətə nə qədər xidmət eləyib. Bu zəhmətkeş heyvanı Okan Bayülgən uzun illər Zaga verilişində  öz simvolu seçib və bunu da əsaslandırıb.  (Mən Okanı CNN-in Jon Stewart-ından və ya CNBC-nin Conan O’Brien-indən daha istedadlı aparıcı sayıram).

Başqa bir səbəbdən də mən eşşəyi layiqli bir heyvan sayıram. Eşşək uzun illər Birləşmiş Ştatlarda Demokratların simvolu sayılıb. Qısa bir ara onlara Xoruz deyilməsini hesaba almasaq.

Başqa bir səbəb də odur ki,  Corc Oruelin  (George Orwell) Heyvanıstan əsərində  elə ən vicdanlı obraz Eşşək Bencamindi.

Görünür, eşşəyə münasibətdə də cəmiyyətimizin  ayrıca milli yolu var…

Eşşək demişkən

Tələbəliyimdən 20 ilə yaxın keçsə də, müəllilmlərimizlə bağlı iki əhvalat yadımdan çıxmır. Alimlər, yəni akademiklər, elmlər doktorları və sairlər (…aaaa  niyə indiyə qədər “xalq alimi” ağla gəlməyib)  yığışıb məsələ qaldırdılar: eşşək sözünü bir ş ilə yazaq.  Qulu Xəlilov etiraz edir: “Elələri var ki, 15 ş ilə də eşşş…ək desəm ürəyim soyumaz”.

1988-ci il mitinqlərinin təzyiqi ilə o vaxt “xalqın da nümayəndələrini”, o cümlədən Neməti TV-yə çıxarmalı oldular. Amma əvvəldən razılaşdırıldığının əksinə olaraq bu veriliş efirə canlı getmədi. İnsafən, veriliş iştirakçıları söhbətin az qala hamısının efirə getdiyini deyirlər. Söhbətdən yalnız 3 sözlük bir replika ixtisara düşmüşdü. Mitinqin bir tələbi də bu idi ki, Azərbaycanda atlı heykəlləri də qoyulsun. Bizdə niyə at yoxdur? ( Zarafat eləmirəm,bu, xalq adından irəli sürülən bir tələb idi.) Bu tələbə münasibət bildirən MK katibi Rmiz Mehdiyev deyir ki, niyə bizdə var. At da var. Şirməmməd Hüseynov da qayıdır ki:  “eşşəklər daha çoxdu.”

12 iyul 2009

Picture: Courtesy of invisibleman.com

Fərqli veriliş axtarışında orta əsrlərdə azmaq təhlükəsi
1-ci misal:

“Qızlarımızin geyimini necə gormək istərdiniz?” …Nənələrimizin, babalarımızın örnəkləri… AzTV-yə nisbətdə fərqli mövzu axtarması ilə bir xeyli  başbilənin saqqızını oğurlayan İTV-nin mövzusu bu idi. Bir-iki yubka gödək, açıq göbək, büllur buxaq, ayna qabaq… nəsə köhnə Azərbaycan Mollası Pənah məni lap yoldan şıxardı (o da babamız olub).

Təzədən başlayım. Hə, İTV Bakı küçələrindən bir-iki “ədəbsiz geyim nümunəsi” göstərdi, milli geyimlərin gərəkliyi barədə bir-iki folklorşünas alim fikri, bir-iki ağsaqqal öyüdü,  səsləndirdi. Bir sözlə, geyimdə milliliyin əhəmiyyəti, rolu, sükanı və sairlə dolu zırıltı bir süjet. Sonda da milliliyimizi qorumaq, nənələrimizin, babalarımızın yolunu tutmaq… barədə aparıcının  ənənəvi çağrışları.  Bircə geyim senzurası söhbəti qaldı ki, inşallah “zəhmətkeşlərin xahişi ilə” o da olacaq.

Kəsəsi, mövzu qıtlığına görə AzTV-jə, “milliliyə yaraşmayan” əməllərə görə isə kommersiya TV-lərinə  yerli və yersiz, tutarlı və tutarsız söyüşlər yağdırılır. İTV bundan ustalıqla sovuşmaqdadır. Hər halda bu TV-nin işçilərinin müsbət bildikləri yöndə çalışmaları gösənir.

2-ci misal:

Azadlıq aşiqi Nemətin şeirlərini elə onun öz dilindən İTV efirindən eşitdim.  Çox fərqli bir şey! (İnsafən, başqa şairlərə baxanda Neməti istedadlı saymaq olar. Təbii ki, indi şair deyəndə teletamaşaçının gözunun qabağına  Əli Kərim yox,  Süleyman Rüstəm ənənlərini milli  yəni “öz sarayımız” yönündə gəlişdirən və heca bölgüsünün də öhdəsindən  bacarıqla gələn Zəlimxan Yaqub gətirilir. )

Qayıdaq Azadlıq aşiqinin ITV-dəki söhbətinə. Çox rəvan danışırdı. Orta əsrlər fəlsəfəsindən, tarixdə liderlərin rolundan, Şah İsmayıldan danışdı. Arada da bir-iki  rəvayət. Rəvayətlərdən birində Allahın insanı palçıqdan yaratdığı, ona öz ruhunu verdiyi, şeytanı bundan məhrum elədiyi söylənir. Nemət bəyin uşaqlıq xatirlələri də şirin imiş. Sən demə, o, sovet təhsil sistemini bəyənmədiyi üçün 8-ci sinifdəncə məktəbdən üz döndərinb, öz-özünə savadlanıb. Bir sözlə, yəqin bundan sonra başbilənlər onu ən gənc dissident sayacaqlar.

Nemət bəyin dedikləri ilə işim yoxdur. Bunlar hamısı bir insanın haqqıdır. Nəyə istəyir inansın, həyatı necə qanır-qansın, nə qədər istəyir deyinsin, necə istəyir geyinsin. (Təbii ki, Nemət bəy kostyumda idi. Milli kostyum deyildi, amma eybi yox, ədəbli geymişdi.) Sözüm onda deyil. Bəs nədədir,  İTV-nin bir yeniliyini də ötəri xatırladım sonra deyim.

3-cü misal:

Bir veriliş  boyu isə aparıcı və “İlahiyyat elmləri namizədi”ni dinləyirik. Bu deyir – o təsdiqləyir, o deyir – bu təsdiqləyir… Onların fikri ilə də işim yoxdur. İmana doğru gedir, gümana, yoxsa dumana – özü bilər…

Bəs mənim nəylə işim var?

Kiminsə fikrindən yox, çağdaş media prinsiplərindən danışırıqsa bu yerdə TV yönəticilərinin işi zordur -  bunu istəyən İstanbul, istəyən də Bakı ləhcəsində başa düşsün. Kimi TV-yə niyə çağırıblar,  risq ediblər, yoxsa buyruq yerinə yetiriblər -  bu geridən görsənməyə də bilər. Amma çağdaş media bilicisinə lap geridən görsənən və gizlədilə bilməyən bir yığın şey var ortada. (İnanaq ki, maraqlı axtarışda olan həmkarlarımız bunu da bu əsrdəcə tapıb əl  gəzdirəcəklər.)

Oxucuları öyrətmək iddiasında deyiləm. Mən biləni onlar da bilirlər.  Ola bilsin, adamlar arasında çağdaş media prinsiplərini qəbul eləməyən 5-10 faiz də var. Və ola da bilsin, onların bir qismi siyasətdə özunə mövqe və ya başbilən yeri tutub, bir qismi media yönətməni, qalanı isə potensial təbəə kadrlardır. Həmin o 5-10 faiz üçün deyim ki, çağdaş media veriliş aparıcısının məsələni o üz-bu üzünə çevirməməsinə, çağrışlar eləməsinə bir cür baxır. Bu dəvənin nalbəndə baxışından şox da fərqlənmir.  Eləcə də mikrofonu verilişin qonağına verib çınqırını çıxarmayan TV-yə də bir cür baxır.  (Xüsusən də adlı-nüfuzlu-vəzifəli həmsöhbətə verəndə.)

Birinci misala baxaq. Çağdaş media biliciləri tənqid olunanı (“ədəbsiz geyənləri”) dinləməyi vacib sayırlar. Hələ fərqli baxış öncüllərini (bir tərəfdən modelyer, stilist, vizajist; o biri tərəfdən konservativləri demirəm. Sual edə bilərsiniz ki, bəs Səudiyyə, Türkiyə və  İran şitilliklərindən çıxan Yeni Azərbaycan Milli Mollası – YAMMY?   Yox, qardaş, çağdaş mediada təriqətə, irqə , sinfə  görə ayrı-seçkilik  salanları (ifratçı təriqətçiləri, rasistləri, kommunistləri) başa çıxarmazlar. Kim deyirsə ki, Avropa mediası xristian mediasıdır – qələt eləyir.

Axırıncı misala baxaq. Çağdaş TV-də aparıcının nəyə inandığı görsənməlidirmi? Gedək ikinci misala. Elm sayılmayan Elmi Kommunizmlə yanaşı sovet məktəbləri dünya elminin qəbul elədiyi Darvinizmi də öyrədirdi. Ağlı başında olan TV palçıqdan adam yaratmaq nağılını efirə verəndə Darvinizm  boyda elmi təlimi (lap qoy olsun alternativ fikri) ya bir bilicinin,  o da olmayanda aparıcının dilindən yada salmalıdır. Ən azından. Bu, peşə borcudur.

Eynilə “şəxsiyyətlər”in rolu haqqında nağıllar efirə gedəndə bir alternativ fikir də olmalıdır. Olsun Şah Məhəmməd, yaxud Sultan Mamed və ya cümhur başkanı Axmedi-Gijbəxtiyar… Axı “şəxsiyyətlər” barədə orta əsr təfəkkürünə dayanan verilişlərə  İtaliya və Almaniyada ötən əsrin 40-cı illərinindən, İspaniyada 70-ci illərindən, Şərqi Avropada 90-cı illərindən bəri rast gəlinmir. ABŞ-da yerli-dibli belə şeylər olmayıb.  İnşallah, İran və Türkmənistanda da cəmi bir-iki əsrdən sonra olmayacaq. Yəni bu heç fikir də sayılmır ki, bir onu müzakirəyə çıxarasan.  Şah nə vaxtdan milli olub, nə vaxtdan millət hərləyib, orta əsr orta əsrdir, təbəələriylə, yaxşı padşahlarıyla, hərəmxanalarıyla…

Beləcə TV-dən alternativi qovanda və maraqlı mövzu axtaranda istəsən də, istəməsən də, dahi kimi də görsənsən, şair kimi də görsənsən, mömin kimi də görsənsən, milli kimi də görsənsən, uzun da geysən, gödək də geysən,  göbək də atsan – azıb gedib orta əsrlərə çıxacaqsan. (Hərçənd keçmişi də yaxşı axtaranda alternativ fikir tapmaq olar: “Göyçəliyə məlum olsun, yıxıb İranı mollalar, millətə göz açmağa vermir amanı mollalar” – Aşıq Ələsgər.)

Bu yazdıqlarımın çoxu alternativ fikir deyil. Elmə bərabər tutulan çağdaş media prinsiplərinin misallar əsasında xatırlanmasıdır. Və dəqiqdir.

Əgər məndən sadəcə alternativ fikir istəyirsinizsə buyurun: “Arxitektorlarımız milli mağara proyektləri versinlər, ən qatı millilərimiz gedib Qobustanda yaşasınlar, xanəndələrimiz  qucaqlarında  qaval daş gəzdirsinlər, çevrəsindəkiləri otarmaq iddiasına düşənlər milli YAPınçı və milli çarıqlar geysinlər, polislərimiz alternativ mitinqləri avropalıların rubber buttonları və ya rusların dubinkası ilə yox, öz milli çomaq, milli qamçı və milli sapandlarımızla dağıtsınlar və ümummilli…”

Alternativ fikir isə acı bağırsaq kimi uzana bilər. Day  sizi yormayım.

5 iyul 2009