jump to navigation

Təbliğat şiti 20/07/2009

Posted by Rovshan Aliyev in Azerbaijani Media.
trackback

Efirdə  ingiliscə xəbərlər proqramıdı

Amma onun içində xəbər yoxdu. Çünki söhbət AzTV-dən gedir. Rəsmi mərasimlərdən  görüntüləri bir yerə yığıb təbliğat yapmaq cəhdləri var. Və şübhə eləmirəm ki, onu hazırlamaq sifarişi verən  məmurlar  ingiliscə su kimi içən əla kadrları tapıntı sayıblar, bu yayımın “dövlətçiliyə xidmət” elədiyini deyərək  onu  müasir veriliş sayıblar.

Mənim işim məmurlarla deyil

Məmur hər  yerdə məmurdu.  Bir dəfə qərbin bir media orqanındakı kiçik bir məmur (və ya menecer, brigadir – kim nə cür xoşlayır elə desin) sevinə-sevinə gəldi ki, hökumət mediasında çalışan bir yaxşı jurnalist tapmışam. Gətiridyi arument də bu idi ki, hardansa tapılan bu muncuq İngiliscəni ana dili kimi bilir.

Məsələnin canı başqadı

Niyə ərəblər dünyanı görəndən sonra ortaya Əl-Cəzirə çıxır, azərbaycanlı balalar xaricdə oxuyub qayıdanda – AzTV-nin ingiliscəsi. Sual “Filankəs ingiliscə bilir, ya yox” olamalı deyil. “Filankəs jurnalistikanı təbliğatdan ayıra bilir, ya yox” olmalıdı. Bu mövzu qərbdə o qədər köhnəlib ki,  söz açmağa ərinirəm. Özümü yorub təbliğat söhbətinin modern medianın küllüyündə də tapıla bilməyəcəyini məmurlara anlatmaq fikrim də yoxdu.  Biryolluq demişəm ki, daha quyuya su tökməyəcəyəm. (Nəyimə lazımdı qərb dövlətlərində xüsusi qurumların gizli təbliğatın qarşısını aldığını kiməsə başa salmaq (Məsələn, ABŞ Konqresində GAO – Hökumətin Cavabdehiliyi Ofisi). Nəyimə lazımdı  siyasi məqsəd güdən verilişlərin xəbər kimi gösrsənməsini yasaq eləyən Qərb qanunlarını eşələmək. Nəyimə laızmdı bu tip verilişlərin yalnız  “pullu reklam” adı altında getməsinin qəti bir şərt olduğunu kiməsə anlatmaq…

Qərbdə istisnalar varmı?

Ameirkayla bağlı mediada keçmiş sovet məkanından olan korrupsionerlərin və avtoritetlərin  təbliğatına aid misallar çəksəniz sizinlə mübahisə etməyəcəm. Bu, media menecmentindəki yaramazlıqlarla bağlı ola bilər  və onun dünya media standartları,  Qərbin siyasəti, qanunları  və ya planları ilə heç bir əlaqəsi yoxdu.  Sadəcə sistemin nöqsanları ucbatından bunun axırına çıxmaq çox qəliz məsələdi. Özü də təkcə sistemin yox, həm də auditoriyanın.

Tutalım, fahişəxanada yaxalanmış Nyu-York meri Spitzeri  demokratiya mücahidi kimi göstərən media orqanı tapılsa ilk növbədə o media amerikalı auditoriyanın təpkisi ilə üzləşəcək. Amma İvanov, Məmmədov, Həsənov, Quliyev, Əliyev, Heydərov familiyaları hələ amerikalıya heç nə demir. Kimi istəsən demokratiya mücahidi kimi qələmə vermək üçün bir az biclik, bir az gözəgirənlik, bir az həyasızlıq bəs eləyir. Təbii Amerikanın peşəkar jurnalistlərinin işi-gücü qurtarmayıb ki, gəlib xarici yayımla məşğul olsunlar.  Keçmiş sovet məkanındakı auditoriyadan da bir haray olmayacaq. Çünki çox ciddi  şeylər bu auditoriyanın vecinə deyil.  Neçə illərdi ki, Azərbaycanın müxalifət liderləri də daxil olmaqla xeyli fəalı bu cür şeylərlə Qərb siyasətini  yumşaq deyək, baş-ayaq qavramaqdadı.

Fərqli qavrayışlar

Amma Qərbdə bir-iki fırıldaqçının olması hələ bu yarımkürənin mediasından və cəmiyyətindən xəbər vermir. Fırıldaqçı da var – ona qarşı çıxan peşəkarlar və peşəkara dəstək verən auditoriya da. Məsələn,  Çexiyada son onilliyin ən güclü etiraz aksiyaları TV-yə siyasətçilərlə bağlılığı olan birisinin rəhbər gətirilməsi üstündə idi. Peşəkarlar auditoriyanın dəstəyi ilə qələbə qazandılar.

Seyr eləməkdən başqa bir vəzifəsinin olmadığını düşünən Azərbaycan  tamaşaçısı isə bəlkə xəbər əvəzinə təbliğat eşitməyə alışıb.  Uzaqbaşı narazılıq eləyir ki, AZ TV-nin təbliğatı duzsuzdu. Yəni şitdi. (İdarəelyənlərə nə qədər şirin görsənmək istəsən, veriliş bir o qədər şit çıxacaq.)  Şitə də hər millət  bir cür baxır.

Məsələn, Rusiyada  tarix boyu avtoritar və totalitar rejimləri qorumaq üçün təbliğat bir  щит sayılıb.

Amma bu şiti ingiliscə  Bakıdan dünyaya yayanda vallah gərək dünyaya yazığımız gələ. Xəbərin nə olduğunu  bilən ingilisdilli tamaşaçını AzTV təbliğatının Shit iyi çox uzaqdan vuracaq.

20 iyul 2009

Şərhlər»

No comments yet — be the first.

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.