Azadlığın 20 yaşı 24/12/2009
Posted by Rovshan Aliyev in Azerbaijani Media.add a comment
1987-88 . “Gənclik” jurnalındakı bir məqaləmi çıxmaqla azərbaycandilli mediada bir kəlmə çap elətdirə bilmirəm. Yazılarım yalnız “Molodyoj Azerbaydjana” qəzetində çıxır.
1989. Daşnakların həyasızlığı şiddətlənməkdədi. Azərbaycandilli media susur. Problemləri işıqlandırmağa çalışan yeganə “Molodyoj Azerbaydjana” qəzetinin redaktoru işdən çıxarılıb.
Nəcəf Nəcəfov Tərcümə Mərkəzində Aydın Məmmədovun kabinetində iclas çağırır. (davamı…)
Sərhədsiz jurnalist 21/12/2009
Posted by Rovshan Aliyev in Bu peşənin peşində.2 comments
“Ay nə Elçinin yeriydi…” “Elçin burda olaydı…” Son 14 ildə dost-tanış bu sözü dəfələrlə məndən eşiib. Birisi rola girəndə, birisi səmimilik iddisında olub münasibətlərə siyasət qatanda, birisi gördüyünü görməməzliyə vuranda, birisi quyruq bulayanda və ya ağciyərlik eləyəndə deyirəm ay nə Elçinin yeriydi bunların dərsini verəydi. Düzdü, mən də aşkarlıq tərəfdarıyam, amma bu məsələdə Elçin qədər dərinə getmək ağlıma belə gəlməz və bu, içi mən qarışıq hər adamın işi deyil. Bu özəlliyinə görə olsa-olsa Okan Bayülgəni Elçinlə müqayisə eləmək olar. Və 1998-ci ildə Okan Bayülgənin verilişlərinə ilk dəfə baxdığım vaxtlardan indiyəcən beynimdə dolaşırdı ki, başım açılanda Elçin haqqında yazacam. Göstərəcəm ki, bizim cəmiyyətdə də papaq altında oğullar var.
***
Mərkəzi qərargahı Parisdə olan yepyekə bir təşkilat var. Sərhədsiz jurnalistlər. Nə qədər də üzvü. Amma az-çox bələd olduğum bu dünyada cəmi iki sərhədsiz jurnalist tanıyıram. Elçin Səlcuq və Okan Bayülgən. (davamı…)
Təbliğat şiti 20/07/2009
Posted by Rovshan Aliyev in Azerbaijani Media.add a comment
Efirdə ingiliscə xəbərlər proqramıdı
Amma onun içində xəbər yoxdu. Çünki söhbət AzTV-dən gedir. Rəsmi mərasimlərdən görüntüləri bir yerə yığıb təbliğat yapmaq cəhdləri var. Və şübhə eləmirəm ki, onu hazırlamaq sifarişi verən məmurlar ingiliscə su kimi içən əla kadrları tapıntı sayıblar, bu yayımın “dövlətçiliyə xidmət” elədiyini deyərək onu müasir veriliş sayıblar.
Mənim işim məmurlarla deyil
Məmur hər yerdə məmurdu. Bir dəfə qərbin bir media orqanındakı kiçik bir məmur (və ya menecer, brigadir – kim nə cür xoşlayır elə desin) sevinə-sevinə gəldi ki, hökumət mediasında çalışan bir yaxşı jurnalist tapmışam. Gətiridyi arument də bu idi ki, hardansa tapılan bu muncuq İngiliscəni ana dili kimi bilir.
Məsələnin canı başqadı (davamı…)
Iqtisadiyyatın simvolu 12/07/2009
Posted by Rovshan Aliyev in Azerbaijani Media.1 comment so far
-Yox, Öküzəm.
Dünyanın bir nömrəli işgüzar kanalı saydığım CNBC televiziyası aparıcısının Amerikanın məşhur bir sərmayəçisinə verdiyi bu suala da, aldığı cavaba da paxıllığım tutdu. Bu ölkənin mediasında çalışanlar necə xoşbəxtdirlər. Gəlib yaxalarından tutan yoxdur ki, ayı nədi, öküz nədi… Bura ciddi yerdir. Sən filan-filan uğurlardan danış, ölkəmizi dünyada layiqincə təbliğ elə! Özündən hoqqa çıxarma! Sənə nə deyirlər onu elə! Bir də belə qələt eləsən … Yox, CNBC-də çalışanın da, onu yönədənin də belə şeylər heç yuxusuna girməz. Paxıllığım tutur. (Mənə deməyin ki, niyə paxıllığın tutur, sən də Amerika mediasında çalışıbsan… Yox, bu başqa söhbətdir. Amerikalıların bizlər və ya əfqanlar üçün yaratdığı media uzaqbaşı Danabaş kəndinin məktəbinə oxşayacaq. Uzağı Danabaş müəllimi kimi gəlib deyəcəklər ki, bala, burda səhv dedin, at tüklüdü, yox, “bədəni atın örtülübdürrr tük ilə”. Sözüm onda deyil. İmportnı mollaların və avtoritarizm qullarının qulağından uzaq bir yer tapsam bu barədə geniş danışaram.)
Qayıdaq Ayı və Öküzə
Amerika varlılarının az qala yarısı öküzdür, yarısı ayı. Öküzlə ayı bu ölkədə (həm də dünyada) iqtisadiyyatın simvoludu. Bir az işin içində olmayan üçün qısa deyim ki, (qisaldanda təhrif də olur), inkişaf eləmiş ölkələrin hamısında iqtisadi yüksəliş təzə körpülərin, binların sayı ilə ölçülmür. (davamı…)
Fərqli veriliş axtarışında orta əsrlərdə azmaq təhlükəsi 05/07/2009
Posted by Rovshan Aliyev in Köhnə yazılar.add a comment
- 1-ci misal:
“Qızlarımızin geyimini necə gormək istərdiniz?” …Nənələrimizin, babalarımızın örnəkləri… AzTV-yə nisbətdə fərqli mövzu axtarması ilə bir xeyli başbilənin saqqızını oğurlayan İTV-nin mövzusu bu idi. Bir-iki yubka gödək, açıq göbək, büllur buxaq, ayna qabaq… nəsə köhnə Azərbaycan Mollası Pənah məni lap yoldan şıxardı (o da babamız olub).
Təzədən başlayım. Hə, İTV Bakı küçələrindən bir-iki “ədəbsiz geyim nümunəsi” göstərdi, milli geyimlərin gərəkliyi barədə bir-iki folklorşünas alim fikri, bir-iki ağsaqqal öyüdü, səsləndirdi. Bir sözlə, geyimdə milliliyin əhəmiyyəti, rolu, sükanı və sairlə dolu zırıltı bir süjet. Sonda da milliliyimizi qorumaq, nənələrimizin, babalarımızın yolunu tutmaq… barədə aparıcının ənənəvi çağrışları. Bircə geyim senzurası söhbəti qaldı ki, inşallah “zəhmətkeşlərin xahişi ilə” o da olacaq. (davamı…)

